Madriddə Prado Muzeyinin salonlarından biri altı nəfər tərəfindən ələ keçirilib. Baş nazir Pedro Sançesin onların tələblərini yerinə yetirmədiyi təqdirdə intihar edəcəklərini deyirlər.
Aksiyaçılar özlərini “raps yağı qurbanları” adlandırırlar. Söhbət 1981-ci ildə İspaniyada kütləvi şəkildə zəhərlənmədən və bunun nəticəsi olaraq “toksik yağ sindromu” adlanan xəstəlik səbəbindən zərər görənlərdən gedir. Qurbanların maraqlarını təmsil edən qrup üzvlərinin sözlərinə görə, həmin vaxt təxminən 4 min adam ölə bilərdi.
Onlar zəhərlənmə hadisəsindən 40 ildən çox vaxt keçdiyini deyərək Sançeslə görüş tələb ediblər.
Yerli KİV-in məlumatına görə, polis aksiyaçılar arasında ölümcül dozada həb qəbul etmək istəyən iki nəfəri saxlayıb.
Mənbə: “Mash” “Telegram” kanalı
