Azərbaycanda yumurta istehsalı kəskin azalıb: 117 milyon ədəd..
2021-ci il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda 485,2 milyon ədəd yumurta istehsal olunub.
ARANTV.AZ-ın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 116,5 milyon ədəd və ya 19,4% azdır.Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 52,7 min ton (keçən ilin yanvar-sentyabr aylarında 51,8 min ton) quş əti istehsal olunub. Ümumilikdə oktyabrın 1-i vəziyyətinə bu müəssisələr üzrə quşların sayı 11 945,8 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 139 ədəd yumurta alınıb.

