Hirkan Milli Parkında “Təbiətin keşiyində” adlı eko-skaut düşərgəsi keçirildi – FOTO
Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Ramil Həsən Müstəqilliyimizin Bərpası Günü ərəfəsində Ucar rayonunda gənclərlə görüşüb.
Millət vəkili ilk öncə Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva və Ucar Gənclər Evinin direktoru Elamin Dibirovla birgə ümümmilli lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
ARANTV.AZ xəbər verir ki, Ucar Gənclər Evi tərəfindən təşkil edilmiş “Müstəqilliyimizin bərpası-30: Zəfər Bayramı ərəfəsində Gənclərin gözü ilə” mövzusunda konfransda açılış nitqi söyləyən direktor Elamin Dibirov bu günün tarixindən danışaraq konfrans iştirakçılarını təbrik edib, daha sonra millət vəkilinə mütamadi olaraq gənclərlə və rayon ictimaiyyəti ilə görüşlərə gəldiyinə görə təşəkkürünü bildirib.
Millət vəkili çıxışında Müstəqilliyin Bərpası Gününün Azərbaycan tarixində yeri və siyasi gücündən danışıb. Daha sonra Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizi yad edərək Müstəqilliyimizin Bərpası dövründə ulu öndər Heydər Əliyev tərəfindən başladılmış siyasətin Ali Baş Komandan Cənab Prezident İlham Əliyev tərəfindən 30 il ərzində həyata keçirilmiş uğurlu, daha mükəmməl şəkildə davam etdirdiyindən danışıb.
Gənclərimizin bu tarixi proseslərdə çox önəmli rol oynadığını, Azərbaycan torpaqlarının düşməndən azad edilməsi yolunda 3000-ə yaxın vətən oğlunun şəhid olduğunu, minlərlə qazimizin, vətən müharibəsi iştirakçımızın olduğunu diqqətə çatdıran R.Həsən bu prosesdə dövlət başçısının başlatmış olduğu milli gənclik İdeologiyasının və Vətənə-millətə bağlılıq psixologiyasının önəmli rol oynadığını da gənclərin diqqətinə çatdırıb.
Milli Məclisin deputatı qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad etmiş olduğumuz Vətənimizin dəyərli, əvəzsiz parçaları olan torpaqlarda gənclərimizin gücü, qüvvəsi və imkanları ilə yenidən tikərək, inşa edərək, ən yaxın zamanda dövlət başçısının qoymuş olduğu hədəfə doğru addımlar ataraq ölkəmizin daha da güclənməsinə öz töhfəsini verəcəkdir.
Onu da qeyd edək ki, görüşdə rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğində aktiv iştirak edən, dünya çempionu Məmmədli Kamal Namiq oğlu və rayonun ictimai həyatında fəal iştirak edən Əliyev Ceyhun Ağasəməd oğlu millət vəkili tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

