İlqar İbrahimoğlu sərbəst buraxıldı
Tanınmış ilahiyyatçı Hacı İlqar İbrahimoğlu sərbəst buraxılıb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə özü məlumat verib.
Dünən saxlanılan İ.İbrahimoğlu şahid qismində dindirildikdən sonra gecə saatlarında sərbəst buraxılıb. O bildirib ki, xüsusi xidmət orqanında onunla çox peşəkar davranıblar və araşdırılan mövzu ilə bağlı sualları cavablandırıb.

