Hadisə 

İki uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı rəsmi məlumat

Qax rayonunda iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırma başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, rayonun Tasmalı kənd sakinləri – 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.

12 yaşlı Murad Qasımlı və 9 yaşlı İbrahimxəlil Qasımzadə vəfat edib.

Daha çox xəbərlər