Əsas səhifə 

Mehriban Əliyeva Azərbaycan qadınlarının əsl təmsilçisidir

“Ölkədə qadınlarla bağlı hüquqi baza təkmilləşdirilib. Qadın hüquqları məsələləri Azərbaycanın müxtəlif qanunvericilik aktlarında əksini tapıb”.

ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, demokratik inkişaf, hüquqi dövlət yolunda irəliləyən Azərbaycan cəmiyyətinə birinci xanım ənənələri də gətirilib: “Bütün vacib keyfiyyətləri özündə cəmləşdirən Mehriban Əliyeva Azərbaycan qadınlarının əsl təmsilçisidir. Onun simasında qürurlu, humanist Azərbaycan qadını əks olunur”.

Daha çox xəbərlər