Dünya 

Ermənistanda yol qəzasında beş nəfər öldü, on iki nəfər yaralandı

Bu gün səhər Ermənistanda ağır yol qəzası baş verib.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, səhər saat 7 radələrində İrəvan-Gümrü yolunda “QAZel” markalı sərnişin mikroavtobusu yoldan çıxaraq beton arakəsməyə çırpılıb və bir neçə dəfə aşıb.

Qəza nəticəsində beş nəfər ölüb, on iki nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Daha çox xəbərlər