Sosial 

Metroda qatarların hərəkəti niyə ləngiyib?

“Qara Qarayev” stansiyasından “Neftçilər” stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb.

ARANTV.AZ  xəbər verir ki,  bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Neftçilər” stansiyasında sərnişinlər düşürülüb və qatar texniki yoxlama məqsədilə stansiya dalanına verilib. Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma müşahidə olunub. Xəttə ehtiyat qatar verilib.

Daha çox xəbərlər