Gündəm 

Hökumət ailələrdə uşaq sayının artması üçün mükafat vəd edərmi – açıqlama

Rusiya prezidenti Vladimir Putin maraqlı bir addım atıb. Belə ki, o , Uzaq Şərq ölkələrində əhalinin sayının artması üçün 3-cü uşağa görə 1 milyon rubl (14 min dollar) təklif edir. Azərbaycan kimi müharibə şəraitində olan bir ölkənin hökuməti üçün də  əhalinin sayının artması çox vacibdir.

Həm 44 günlük Vətən müharibəsi dövründə 3 mindən çox şəhidimizin olması, həm də pandemiya səbəbindən 6 mindən çox vətəndaşımızın dünyasını dəyişməsi, o cümlədən müxtəlif səbəblərdən artan ölüm halları, doğumların azalması, toyların ilyarım müddətinə təxirə düşməsi səbəbindən dünyaya gələn uşaqların sayında baş verən azalma demoqrafik problemin yaxın gələcəkdə özünü göstərəcəyindən xəbər verir. Doğrudur, hökumətin hələ uşaqpulu ilə bağlı məsələdə israrla geri çəkildiyini nəzərə alsaq, üçüncü uşağa görə motivasiyaedici təkliflər gözləmək çətindir. Ancaq ümumilikdə demoqrafik problem yaşanmasın deyə belə bir proqramın olması ağlabatandır. Xatırladaq ki, Türkiyə prezidenti R.T.Ərdoğan da ailələrə müraciət etmişdi ki, 3 uşağınız olsun, amma o, pul vəd etməmişdi.

Natiq Cəfərli atasına görə üzr istədi: “Bu hərəkətinə görə atamdan küsdüm”  – VİDEO

Natiq Cəfərli: “Hər halda, bizdə də demoqrafik vəziyyətin pisləşməyə doğru getdiyini görürük”

Mövzu ilə bağlı  “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda son iki ilin nəticələrinə baxdıqda çox kəskin şəkildə doğuşun azalmasının şahidi oluruq: “Ölüm faktları da artıb. Təbii ki, həm pandemiyanın, həm müharibənin demoqrafik vəziyyətə təsirləri oldu, şəhidlərimiz oldu. Amma pandemiyanın rəsmi ölüm rəqəmlərindən və şəhidlərimizin sayından əlavə də, keçən illərə nisbətən ölüm halı kəskin artıb. Paralel olaraq doğuşlar da azalıb. Hətta ötən əsrin 50-ci illərindən bəriyə nəzər salsaq, il ərzində doğuşun hər min nəfərə nisbətdə ən aşağı səviyyələrini görərük. Bu da onu deməyə əsas verir ki, bizdə də ciddi bir demoqrafik problem yaşanmaq üzrədir. Bir neçə ildən sonra biz onu daha kəskin şəkildə hiss edəcəyik. Hətta BMT-nin Azərbaycanla bağlı hesabatlarında da deyilir ki, doğuş sürətinin azalması gözlənilir. Azərbaycan qonşu ölkələrə nisbətən daha yaxşı vəziyyətdədir. Gürcüstan, Ermənistan daha katastrofik vəziyyətdədir, Rusiyada vəziyyət daha pisdir. Amma hər halda, bizdə də vəziyyətin pisləşməyə doğru getdiyini görürük. Ona görə də müəyyən təşviq addımlarının olması demoqrafik problemin həllində önəmli rol oynaya bilər. Həm ikinci uşaqla bağlı, həm də  üçüncü uşaqlarla bağlı ya birdəfəlik ödəniş və ya  ailə kapitalı kimi  vəsait ayrıla bilər. Ya da bunun aylıq ödənişlər kimi verilməsi, maddi dəstəyin olması çox vacibdir ki, Azərbaycan bir müddətdən sonra daha ciddi şəkildə demoqrafik böhranla üz-üzə qalmasın”.

Qanunsuz verilmiş mənzillər alınıb ehtiyacı olan jurnalistlərə  verilməlidir" - Fazil Mustafa » Sfera.az Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Fazil Mustafa: “Ən azı uşağın 5-7 yaşına və ya 12 yaşına kimi dövlət qayığısı ilə əhatə olunmasına ehtiyac var”

Milli Məclisin deputatı Fazil Mustafa da bildirdi ki, Azərbaycanda hazırda demoqrafik vəziyyət ürəkaçan deyil: “Hazırda ölkəmizdə demoqrafik vəziyyətin ürəkaçan olduğunu deyə bilmərik. Əlbəttə, Rusiya kimi ölkələrlə müqayisədə özümüzə təsəlli verə bilərik, lakin ümumilikdə son illər ölüm halları artdığı kimi doğumların da sayı aşağı düşüb. Əksər ailələr bir və iki uşaqla kifayətlənməli olurlar. Azərbaycanda əsas problem həm də səhiyyə sisteminin qaydasında olmaması, ekoloji çirklənmə, ərzaq təhlükəsizliyi məsələsində problemlərin yaşanması, GMO tərkibli ərzaq məhsullarının bazarda olmasıdır. Bu isə öz növbəsində doğulan uşaqlar arasında xəstə uşaqların sayının çox olmasını şərtləndirir. Cahillikdən doğan qohum evlilikləri də var ki, bunun nəticəsi də daha çox xəstə uşaqların dünyaya gəlməsi olur. Bu baxımdan doğum sayının artması təşviq olunmalıdır. Lakin onun birdəfəlik mükafat şəklində edilməsi yetərli deyil. Ən azı uşağın 5-7 yaşına və ya 12 yaşına kimi dövlət qayğısı ilə əhatə olunmasına ehtiyac var. Bu, daha çox davamlı müavinətlər formasında tətbiq oluna bilər. Lakin daha öncə həmin sosial müavinətlərin mənbəyi tapılmalıdır”.

Daha çox xəbərlər