Dünya 

Ermənistanın iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib

Ermənistanın iqtisadiyyat nazirinin müavini Varos Simonyan vəzifəsindən azad edilib.

ARANTV.AZ “Report-a istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan bununla bağlı fərman imzalayıb.

Digər fərmanla bu vəzifəyə Arşak Aslanyan təyin olunub.

Qeyd edək ki, V.Simonyan 2019-cu il avqun 22-də bu posta gətirilmişdi. O, bundan əvvəl Ermənistanın Avropa İttifaqındakı ticarət attaşesi işləyib.

Daha çox xəbərlər