Sosial 

Vətən müharibəsi şəhidi Fuad Məmmədovun anım günü qeyd olunub – FOTO

Bu gün Vətən müharibəsi şəhidi Məmmədov Fuad Valeriyeviçin anım günü qeyd olunub.

ARANTV.AZ xəbər verir ki, anım günündə qazilər, məktəblilər, şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, şəhidin təhsil aldığı Milli Aviasiya Akademiyasının tələbələri və müəllim heyəti iştirak edib.

Sonra Tədbir Polad Həşimov küçəsində yerləşən Şəhidlərin Xatirə Parkında davam etdirilib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edilib, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidimizin ruhuna dualar oxunub, xatirə lövhəsinin üzərinə əklil və güllər düzülüb.

 

Daha çox xəbərlər