BMT Azərbaycanda biznesin inkişafı və dayanıqlılığını dəstəkləməyə hazırdır – Təşkilat rəsmisi
BMT Azərbaycanda biznesin inkişafı və dayanıqlılığını dəstəkləməyə hazırdır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu bu gün BMT-nin Azərbaycandakı əlaqələndiricisi Vladanka Andreyeva deyib.
Onun sözlərinə görə, bununla əlaqədar imzalanacaq memorandum dayanıqlı biznesin təmin olunmasına yönələcək:
“Bu memorandum üç il müddətinə imzalanacaq və beş milli prioritet sahəni əhatə edəcək”.
V.Andreyeva əlavə edib ki, BMT digər fəaliyyət sahələrində də Azərbaycanla əməkdaşlıq edəcək.

