Gündəm 

Zəngilan nəqliyyat-logistika mərkəzinə çevriləcək – bir səfərin təəssüratı

Zəngilanlılar Böyük qayıdışa hazırlaşır…

Oktyabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.

Sonra Prezident və birinci xanım Mehriban Əliyeva Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Prezident İlham Əliyev zəngilanlılarla görüşdə bildirib ki, Zəngilan çox füsunkar təbiətə malik olan bir diyardır. Əzəmətli dağlar, yaşıl meşələr, çaylar, iqlim – bura doğrudan da Azərbaycanın ən gözəl yerlərindən biridir və məqsəd də odur ki, Zəngilanı yenidən quraq. Çünki köhnə Zəngilandan bir şey qalmayıb, mənfur düşmən demək olar ki, bütün binaları dağıdıb: “Şanlı Ordumuz düz bir il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu. Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, ondan sonra da Laçın dəhlizinə çıxdıq. Laçın dəhlizinə çıxdıqda demək olar, düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan  ictimaiyyətinin nümayəndələri ilə görüşüblər VİDEO - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Amma indi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi. Aprel ayında Ağalı kəndinin təməli qoyuldu. Bu gün mən buraya gəlməzdən əvvəl işin gedişatı ilə tanış oldum. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”.

Prezidentlə xanımı Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər

Prezident qeyd edib ki, Zəngilanın azad olunması hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu: “Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəliblər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək və biz də, sadəcə olaraq, bütün xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik. Əlbəttə ki, ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq. Bu gün sizinlə bərabər buradayıq. Mən dördüncü dəfədir ki, Zəngilana gəlirəm. Dekabr ayında gəlmişdim, o vaxt vəziyyətlə tanış olduq. Ondan sonra fevral ayında gəlmişdim, o vaxt ermənilər tərəfindən bir çox hissəsi dağıdılmış Bəsitçay qoruğunda çinar ağacları əkdik. Aprel ayında gələndə hava limanının təməli qoyuldu. İndi oraya baş çəkdim, artıq zolağın torpaq işləri hazırlanır. Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunurEBeləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları – bütün infrastruktur qurulacaq”.

İlham Əliyevin Zəngilandakı çıxışının TAM MƏTNİ » Sfera.az Azərbaycanda  özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Dövlət başçısı Zəngilanın təbiətinin qorunması, çayların qorunması məsələsinə də diqqəti cəlb edib: “Bilirsiniz ki, Oxçuçayı ermənilər nə günə qoymuşlar. Oxçuçay təbii fəlakət zonasıdır. Oradan götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi normadan bəlkə də 10 dəfə, 20 dəfə artıqdır. Biz bu çayları təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək. Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz olaraq istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik, yaxın gələcəkdə eşidəcəksiniz. Onların bu işdən boyun qaçırmaq cəhdləri demək olar ki, imkansızdır. Çünki hər şey göz qabağındadır. Başqa ölkənin ərazisində qanunsuz işlər görüb, buradan qızılı qanunsuz olaraq daşıyıb və dünya bazarlarında satıb. Biz onlarla əlbir olanları da məsuliyyətə cəlb edəcəyik. Beynəlxalq hüquqşünasları da cəlb etdik”.

Zəngilanın və digər ərazilərimizin azadlığının ildönümünü qeyd etmək böyük iftixar hissi doğurur. Azərbaycanın məğlubiyyət təqvimi qələbə günləri ilə əvəzlənib. Qələbə günlərində Prezidentin azad edilmiş rayona səfər etməsi və oradan verdiyi mesajlar, açıqlamalar isə azad olunmuş rayonların əhalisində tezliklə abadlaşmış doğma yurda qayıdacaqlarına inam artırır. Azərbaycan dövləti Böyük Qayıdışa məhz Zəngilandan başlamağı hədəfləyib.

Artan yol qəzaları: trafik canavarının “yay mövsümü”...

Elməddin Muradlı 

Prezidentlə görüşdə iştirak edən zəngilanlı jurnalist Elməddin Muradlı bu barədə “Yeni Müsavat”a bildirdi ki, Zəngilanda həm Prezidentlə görüşdən, həm də böyük tikinti-quruculuq işlərini izləməkdən böyük təəssüratlarla ayrılıb: “Zəngilanda çox böyük quruculuq işləri gedir, ”Ağıllı kənd” layihəsi yüksək sürətlə icra olunur. Rayon ərazisində çox geniş kənd təsərrüfatı işləri həyata keçiriləcək. Zəngilana köçəcək insanlar işlə təmin oluna biləcəklər, eyni zamanda öz təsərrüfatlarını qura biləcəklər. Cənab Prezidentin dediyi kimi, ilin sonu və ya gələn ilin əvvəlindən bir qrup sakin Zəngilana köçürüləcək. Prezidentin bu müjdəni məhz Zəngilanda bizlərlə görüşdə verməsi hər birimizi sevindirdi. Zəngilanın Baş planı da hazırlanır və ictimai müzakirəyə çıxarılacaq. Biz Cənab Prezidentlə sağollaşanda da sözümüz bu oldu ki, abad Zəngilanda görüşərik. Buna əminəm. Çünki Prezidentin Zəngilana çox böyük diqqəti var. Zəngilan nəqliyyat-loqistika mərkəzi olacaq. Naxçıvana, oradan da Türkiyəyə, Avropaya dəmir yolu xətti, avtomobil yolu Zəngilandan keçəcək, həmçinin hava limanı olacaq. Zəngəzur dəhlizi Zəngilanı nəqliyyat-logistika mərkəzinə çevirir. Bu isə o deməkdir ki, Zəngilan ən inkişaf etmiş rayonlarımızdan biri olacaq. Bu isə Zəngilanda əhalinin ən yüksək səviyyədə yaşayışını təmin edən amil olacaq. Hər bir zəngilanlı, o cümlədən mən Zəngilanda yaşamağı, orada fəaliyyətimizi qurmağı səbirsizliklə gözləyirik.

Prezident Zəngilanda məlumat verdi ki, artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. İndi Ağalı kəndi inşa edilir, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start verəcəyik. Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcək. Necə ki, Prezident buna şübhəsi olmadığını bəyan etdi, bizim də Zəngilanın ən müasir və əhəmiyyətli bölgəyə kimi qurulacağına şübhəmiz yoxdur”.

Daha çox xəbərlər