Sosial 

Qəhrəman Əli Nəcəfovun şəhadətindən bir il keçir – FOTO

Bu gün Vətən müharibəsi şəhidi Əli Nəcəfovun şəhadətindən bir il keçir.

Bu barədə Oxu.Az-a onun ailə yaxınları məlumat verib.

Şəhidimiz 1998-ci il mayın 24-də Masallı rayonunun Tüklə kəndində anadan olub. 2004-2015-ci illərdə Binəqədi rayonunda 276 nömrəli tam orta məktəbdə təhsil alıb.

2016-2020-ci illərdə isə Azərbaycan Universitetində “Maliyyə və iqtisadiyyat” ixtisası üzrə ali təhsil alıb.

Vətən müharibəsi başlayanda, sentyabrın 27-dən ordu sıralarına qoşulub. Oktyabrın 22-də Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmən snayperi tərəfindən şəhid edilib.

Şəhidimizin nəşi oktyabrın 22-də doğulduğu Masallı rayonu Tüklə kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Əli Nəcəfov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Daha çox xəbərlər