Dünya 

İranda xalqın acınacaqlı durumu: Yoxsulluq ucbatından insanlara nəzir çörək paylanılır – VİDEO

İranda xalqın böyük əksəriyyəti ağır iqtisadi vəziyyətə görə hətta çörək almağa belə çətinlik çəkir.

“Azad İran” Telegram kanalının məlumatına görə, bu səbəbdən Məşhəddə insanlara ən azından çörəklə qarnını doyura bilmək üçün nəzir çörəklər paylanılıb.

Videonu çəkən İran vətəndaşı rejimin insanları çörək üzünə belə həsrət qoyduğunu, bu səbəbdən onlara çörək paylamaq məcburiyyətində qaldıqlarını deyir.

Həmçinin yoxsulluq ucbatından pulsuz çörəyi əldə etmək istəyən vətəndaşların sayı çox olduğundan uzun növbələr yarandığı qeyd olunur.

Daha çox xəbərlər