ÜST-dən qrip və COVID peyvəndlərinin paralel tətbiqi barədə açıqlama
Qrip və koronavirusa qarşı peyvəndlərin eyni anda tətbiqi təhlükəsizdir.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının departament sədri Silvi Brian bildirib.
O, istənilən halda müalicə həkimi ilə məsləhətləşməyi tövsiyyə edib.
Brianın sözlərinə görə, qrip və COVID-in əlamətləri olduqca oxşardır. Odur ki, bu iki virusu yalnız test üsulu ilə dəqiq müəyyən etmək mümkündür.

