Sosial 

“Kaş Muradımızın yanında olardın, səninlə üzü gülərdi” – Şəhid Ziyad Muradovun xanımı – VİDEO/FOTOLAR

28 il ərzində erməni işğalı altında olan torpaqlarımız sentyabrın 27-də başladılan əks-hücüm əməliyyatı nəticəsində 44 gün ərzində addım-addım azad olunub. Torpaqlarımız yeni tarix yazan igid əsgərlərimizin qanı, canı bahasına azadlığa qovuşub.

ARANTV.AZ  xəbər verir ki, İkinci Qarabağ döyüşlərinin igid şəhidlərindən biri də Ziyad Muradovdur. Bu gün Ziyadın şəhid olduğu gündür. Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyad Muradov Hadrut döyüşləri zamanı şəhid olub.

Şəhidimizin həyat yoldaşı Aysel sosial media heabında onun haqqında yazdığı sözlərlər hər kəsi kövrəldib:

“Oyan Ziyadım, oyan. Gəl nə olar. Taqətim qalmayıb. Bir ildir yoxsan. Səsinə, qoxuna, isti nəfəsinə, gülən gözlərinə həsrət qalmışam.Yoruldum sənsizlikdən. Kaş yanımda olardın. Kaş Muradımızın yanında olardın, səninlə oynayardı, sənin yanında üzü gülərdi. Qəlbimə necə dağ çəkdin, Ziyadım”.
Qeyd edək ki, şəhidimizin bir oğul övladı var.

"Kaş Muradımızın yanında olardın, səninlə üzü gülərdi" - Şəhid Ziyad Muradovun xanımı - VİDEO/FOTOLAR"Kaş Muradımızın yanında olardın, səninlə üzü gülərdi" - Şəhid Ziyad Muradovun xanımı - VİDEO/FOTOLAR"Kaş Muradımızın yanında olardın, səninlə üzü gülərdi" - Şəhid Ziyad Muradovun xanımı - VİDEO/FOTOLAR"Kaş Muradımızın yanında olardın, səninlə üzü gülərdi" - Şəhid Ziyad Muradovun xanımı - VİDEO/FOTOLAR"Kaş Muradımızın yanında olardın, səninlə üzü gülərdi" - Şəhid Ziyad Muradovun xanımı - VİDEO/FOTOLAR

Daha çox xəbərlər