Döyüş yoldaşları onun qəhrəmanlığından nələr danışdı? – VİDEO
Bu gün vətən müharibəsinin qəhrəman övladlarından biri Xəqani Bayramovun şəhadətə qovuşmasından bir il ötür. Şəhidin anım mərasimində yaxınları dostları, döyüşçü yoldaşları ilə bərabər rayon ictimaiyyəti də iştirak edib. Döyüş yoldaşları onun döyüş yolunu “XəzərXəbər”ə danışıb.
ARANTV.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, İkinci Qarabağ müharibəsini başlayanda o da döyüşlərə qatılıb. Canını fəda edərək şəhidlik zirvəsinə yüksəlib. Söhbət qəhrəman Azərbaycan övladı Xəqani Bayramovdan gedir. Bu gün şəhidin anım mərasimi keçirilib.
Onun doğulub boya-başı çatdığı Beyləqan rayonunun Təzəkənd kəndində məzarı ziyarət olunub. Anım günündə kənd sakinləri ilə bərabər Rayon İcra Hakimiyyətini başçısı, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldşları, kənd sakinləri və şəhid ailələri iştirak ediblər.
1990-cı ildə doğulan Xəqani Bayramov 2014 ci ildə müddətdən artıq hərbi qulluqcu kimi Beylaqan rayonundan yerləşən hərbi hissələrin birində işləməyə başlayıb.2018 ci ildə isə Ağcəbədi rayonunda yerləşən hərbi hissələrdən birində gizir kimi işləyib.44 günlük vətən müharibəsindən Füzuli, Qubadlı Hadrud Cəbrayıl Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib.Döyüş yoldaşları bildirir ki, o, böyük qəhrəmanlıq göstərib. Lakin Qubadlı uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
O, qəhrəmanlığına görə ”vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə ” və ”Qubadlının azad olunmasına görə ” medalları ilə təltif edilib.

