İtaliya ilə Azərbaycan bütün nöqteyi-nəzərdən bir-birini tamamlayan ölkələrdir
İtaliya ilə Azərbaycan iqtisadi-ticari baxımdan, eləcə də xalq, mədəni, qastronomiya və şərabçılıq ənənələri ilə bütün nöqteyi-nəzərdən bir-birini tamamlayan ölkələrdir.
ARANTV.AZ xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri senator Vito Petroçelli deyib.
“Yüksələn xətlə inkişaf edən İtaliya-Azərbaycan əməkdaşlığının yeni imkanlarla daha da gücləndirilməsi potensialı var. Azərbaycanın İtaliya ilə tərəfdaşlıq əlaqələri Avropa İttifaqına üzv digər ölkələrlə müqayisədə olduqca yüksəkdir. Azərbaycan dövlət müstəqilliyinin bərpasından ötən 30 il ərzində böyük inkişaf yolu keçib və bu, müsbət haldır”, – deyə o, bildirib.

