Yeni ailə quran azərbaycanlı bloqerin həyat yoldaşı döyülərək öldürülüb? – YENİLƏNİB + FOTO/VİDEO
“Üç gün öncə nikah mərasimi keçirilən idmançı Kamal Namazovun döyülərək öldürülməsi barədə yayılan məlumatlar düzgün deyil”.
Bunu Trend-ə açıqlamasında K.Namazovun həyat yoldaşı Ayşən Şirəliyeva deyib.
O bildirib ki, həyat yoldaşı qəfil vəfat edib:
“Həmin gün Kamalla birlikdə marketdən evimizə alış-veriş etmişik. Axşamtərəfi Kamal yatdı və yuxuda dünyasını dəyişdi.
Onun idman zalında döyülməsi və həmin xəsarətlərdən dünyasını dəyişməsi yalandır. Yayılan məlumatlar düz deyil. Sosial şəbəkədə stressdən nə yazmışam, bilmirəm”.
12:50
Bakının Nəsimi rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub:
“K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir”.
Qeyd edək ki, K.Namazov bloqer Ayşən Mirzəyevanın həyat yoldaşı olub.
Oktyabrın 13-də onlar nikaha daxil olublar.
Bloqer iddia edib ki, əri iki nəfər idmançı tərəfindən döyülərək öldürülüb.

