Sosial 

Şəhidlərin xatirəsi yad edilib – VİDEO

Quba rayonun İqrıq kəndində Vətən müharibəsində şəhid olan İbrahimov Əli Bəxtiyar oğlunun xatirəsinə bulaq kompleksi inşa edilib. Bakı-Quba yolunun kənarında tikilən abidənin bu gün açılışı oldu. Açılış mərasimində rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev, hüquq -mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və şəhid valideynləri iştirak etdi. Çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi qələbəndə söz açdılar.

ARANTV.AZ RealTV-yə istinadən xəbər verir ki, qeyd edildi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanı, canı bahasına torpaqlarımızı azad etdi. Bu amal uğrunda şəhid olan qəhrəmanlar hər zaman xalqımızın qəblində yaşayacaq. Mərasimdə məktəblilər şəhidlərimizə həsr edilən şeirlər səsləndirdi. Sonda abidə kompleksi mərrasim iştirakçıları tərəfindən ziyarət olundu. Qeyd edək ki, 21 yaşlı Əli İbrahimov Vətən Müharibəsi başlayan zaman hərbi xidmətdə olub. İlk gündən savaşa qatılan gənc qəhrəman Suqovuşanın azad olunması uğrunda gedən qızğın döyüşdə şəhadətə yüksəlib. Prezident İlham Əliyevin sərəncamı ilə Əli İbrahimov ölümündən sonra Vətən uğrunda, Cərur döyüşçü və Suqovuşanın azad olunmasına görə medalları ilə təftif edilib. Xatirə kompleksinin açılışında iştirak edən şəhid valideynləri də qeyd etdi ki, bu təşəbbüs qəhrəman şəhidlərin xatirəsinin yad edilməsi baxımından müstəsna rola malikdir.

Bu gün həmçinin Vətən Müharibəsində şəhadətə yüksələn Ülvü Məmmədovun da şəhid olmasının il dönümüdür. Bu məqsədlə rayon rəhbərliyi onun adını daşıyan bulaq kompleksini ziyarət edib.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü Ülvü Məmmədov Qubanın Alekseyevka kəndində dünyaya göz açıb. Sentyabr ayının 27-dən döyüşlərə qatılan Ülvü Cəbrayıl və Füzuli rayonlarının düşməndən azad olunmasında fəal iştirak edib. Hər zaman nümunəvi əsgər olan Ülvü Məmmədov Xocavənd istiqamətində, strateji yüksəkliklərin alınması uğrunda gedən döyüş zamanı düşmənin snayperdən açdığı güllə nəticəsində şəhid olub.
Ülvü Məmmədov döyüşlərdə göstərdiyi şücaətinə görə ölümündən sonra Vətən uğrunda, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib. Quba rayon icra hakimiyyəti başçısının tapşırığı ilə doğulduğu küçə şəhid Ülvü Məmmədovun adına verilib.

 

Daha çox xəbərlər