Vətən müharibəsi qəhrəmanı yad edilib – VİDEO
XTQ-nin zabiti Mais Yaqubovun şəhid olmasından 1 il ötür
Qazaxın Ermənistanla sərhəddində böyüyüb boya başa çatan Mayis Yaqubov. O, Vətən müharibəsində canını vətən ücün fəda edən Qazaxın 50 şəhidindən biri olub . Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan Mais Yaqubovun şəhid olmasından bir il ötür .
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhidlik zirvəsinə ucalıb.
Mayis Yaqubov oktyabrın 17-də Xocavənd döyüşləri zamanı şəhid olub. Mayis Yaqubov ölümündən sonra “Vətən uğrunda” “Şuşanın azad olunmasına görə” “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

