Siyasət 

29 il sonra Azərbaycanın Vatikanda səfirlik açmasının sirri

Dünyada qərar verən mərkəzlərdən biri hesab olunan Vatikanla yeni münasibətlərdən Azərbaycan necə faydalanacaq?

Azərbaycan Vatikanda səfirlik açır. “Yeni Müsavat” bildirir ki, səfirliyin təsis edilməsi ilə bağlı müvafiq qanun layihəsi artıq Milli Məclisə daxil olub. Sənəd Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilərək plenar iclasa artıq tövsiyə olunub. Azərbaycanla dünya katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti arasında diplomatik münasibətlər 1992-ci ilin mayında yaradılıb. Mərhum Prezident Heydər Əliyev 1997-ci ildə Vatikana rəsmi səfər edib, 2002-ci ilin mayında Vatikan dövlətinin o zamankı başçısı II İohann Pavel ilk dəfə olaraq Azərbaycana rəsmi səfərə gəlib.

II İohann Pavel Azərbaycanı “Şərq ilə Qərbin arasında qapı” olan bir məkan kimi səciyyələndirib. Prezident İlham Əliyevin hakimiyyəti illərində də Vatikanla əlaqələr inkişaf etdirilib, Azərbaycan Prezidenti və xanımı iki dəfə Müqəddəs Tax-Tacı ziyarət edib. 2016-cı ilin oktyabrında isə Roma Papası Fransisk Bakıda səfərdə olub. Bundan əlavə, Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycanda katoliklərin sayının bir neçə yüz nəfər olmasına baxmayaraq, ölkəmizdəki multikulturalizmə söykənən dini sabitlik Vatikan tərəfindən hər zaman rəğbətlə qarşılanıb.

2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilib. Bu, Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi. Heydər Əliyev Fondunun dəstəyi ilə 2015-ci ildə Vatikanın San Marçellinio və Pietro katakombalarının əsaslı təmir və bərpa işlərindən sonra açılışı olub.

Dünyada qərar verən mərkəzlərdən biri hesab olunan Vatikanla yeni münasibətlərdən Azərbaycan necə faydalanacaq?

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

 Asim Mollazadə 

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, son vaxtlar Ermənistan dini faktordan istifadə edərək Azərbaycana qarşı “səlib yürüşü” etməyə çalışır. Deputatın fikrincə, bu mənada siyasətimizi daha da yaxşılaşdırmalıyıq. A.Mollazadənin sözlərinə görə, Azərbaycan həmişə dinlərarası əməkdaşlığı, dialoqu mühüm hesab edir: “Bizim tariximiz də onu göstərir ki, Azərbaycanda böyük ənənələr var. Bu münasibətləri tənzimləmək üçün Vatikanda diplomatik işimiz güclənməlidir. Ümumiyyətlə, daha çox işləmək lazımdır”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov bildirdi ki,  Azərbaycan – Vatikan münasibətlərinin 1992-ci ildə əsası qoyulub. Onun sözlərinə görə, bu əlaqələrin inkişafı üçün hər zaman şərait olub: “Azərbaycan Prezidentinin multikultural siyasəti Vatikanın diqqətindən yayınmayıb. ”Multikulturalizm ili” çərçivəsində Roma Papasının Azərbaycan səfəri də bunu bir daha sübut edir. Papa Fransisk çıxışında ölkəmizdə tolerantlığa xüsusi toxunmuş, müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasındakı sabitliyi, ahəngdarlığı yüksək qiymətləndirmişdi. Onun Azərbaycanın tolerant ölkə olduğunu söyləməsinin beynəlxalq əhəmiyyəti var idi. Bundan sonra Mehriban Əliyevanın Vatikanda, İtaliyada katakombaların bərpası üçün atdığı addımlar yüksək qiymətləndirilib. Vatikan xristian ölkələrinə müraciət etmişdi, amma müsbət cavab olmamışdı, Mehriban Əliyeva isə bu tarixi incilərin bərpası üçün çox önəmli işlər gördü. Ona görə ikitərəfli münasibətlərin inkişafı Vatikanda səfirlik açılmasını zəruri edir”.

Daha çox xəbərlər