Maraqlı 

İki kobranın qoruduğu xəzinə və…

Hessdalen işıqları- Norveç

Bu işıqlar ilk dəfə 1940-cı ildə Norveçin Hessdalen vadisində müşahidə olunmuşdur. Amma 1981-1984-cü illərdə onun görünməsi bir qədər intensivləşmişdir, yəni, həftədə 15- 20 dəfədən  bir qədər çox. Hal-hazırda zaman- zaman izlənilə bilən bu hadisə “Hessdalen işıqları” adlanır. Ancaq bu hadisənin nə səbəbdən baş verdiyi hələ də  məlum deyil. Bu işıqların elmi bir izahı yoxdur, nəticədə bir çoxları bu işıqların yad kosmik gəmilərin fəaliyyətindən qaynaqlandığını təxmin edirlər.

San Ji kurortu

Tərk edilmiş San Ji kurortu Tayvan adasında yerləşir. Bu məşhur  kurort 1980-ci illərdə varlı alıcılar üçün inşa edilmişdir. Burada  evlərin forması UFO nəlbəkilərə bənzəyir və umumiyyətlə, bu yer tamamilə yad planetlilərin yurduna bənzəyir. Lakin böhranın başlaması və burada başlayan mistik hadisələr səbəbindən kurort açılmadı.

Rəvayətlərə görə, mistik kurortun bünövrəsini qoyan inşaatçıların əksəriyyəti ya xəstəliklərdən öldü, ya da qəza keçirərək həyatlarını itirdilər. Yerli əhalinin sözlərinə görə, bu kurort lənətlənmiş bir yerdir və bura ruhların məskənidir.

“Banff Springs Otel”-Kanada

Kanadada yerləşən bu otelin rəsmi adı” Fairmont Banff Springs”dir. Otelin yeri  mükəmməldir. Belə ki, “Rundle” dağı və “Bow” vadisinin nəfəs kəsən mənzərələrini təqdim edir. Otel 1414 metr yüksəklikdə yerləşir və orta əsr qalasına bənzəyir. Otelin müştəriləri “Rundle”  dağı və ” Bow ” vadisinin nəfəs kəsən mənzərələrini seyr etmək xoşbəxtliyinə sahibdilər. Lakin  nəhəng otelin  873 nömrəli otağı qəribə və qorxulu   sirlərlə məşhurdur.

Deyilənlərə görə, 8-ci mərtəbədə yerləşən  873 nömrəli otağın qorxunc bir hekayəsi var.1928-ci ildə evli  cütlük  qızı ilə otelə gəldikləri, ancaq heç birinin otaqdan sağ çıxmadıqları deyilir. Rəvayətlərə görə, kişi arvadını və qızını öldürdükdən  sonra intihar etmişdir.

Sonradan  oteldə qalan insanlar   873-cü otaqdan səslərin gəldiyini və hətta balaca qızcığazın ağlamasını da eşitdikləri təsdiqləmişdilər.

 “Böyük Giza Sfinksi”-Misir

Qədim Misir əsrarəngiz yerləri ilə yanaşı, həmçinin nəhəng piramidalari ilə da məşhurdur. Həmin piramidalar içində seçilən ” Böyük Giza Sfinksi”  Nilin qərb sahilində yerləşir və   qədim padşahlıq dövründə (təqribən e.ə. 1575-1465-ci illər) qurulmuşdur. Nəhəng və monolit qayadan yonulmuş , insan başlı şir formasında olan bu heykəlin uzunluğu 73 m, hündürlüyü 20 metrdir.

Ehtimal olunur ki, Sfinks Xefrenin məqbərə kompleksi üçün qaya parçasından yonularaq hazırlanmışdır. Onun üzündə fironun cizgiləri əks olunmuşdur.

Bu müəmmalı yer bəşəriyyət üçün daima bir sirr olaraq qalan yerlərdən biridir. Burada, qumlar altında  yazılar  zalı gizlədilmişdir (digər adları isə Salnamələr zalı, bilik Zalı və s.).

Arxeoloqlar bu nəhəng Sfinksin altında mağaraların olduğuna inanırlar. Lakin Misir hökuməti nədənsə bu yerlərdə tədqiqat  üçün  qazıntılar aparmağa icazə verməyib. Bir çox yerli sakinlər də bu gizli  qapının açılmaması  üçün hökuməti dəstəkləyir. Bəziləri inanır ki, bu bağlı qapılar arxasında  yadplanetlilər yaşayırlar.  Qeyd edək ki, Gizada yerləşən  piramidalar  “fironların lənəti” kimi də tanınmaqdadır.

Paris katakombaları

Parisin katakombaları uzunluğu 300 km olan şəhərin  yeraltı tunellərdir. Tarixçilərin sözlərinə görə, bu tunellərdə altı milyondan çox sklet aşkar olunub. Bu katakombalar 18-ci əsrdə Parisdəki dolmuş “Les innocents” qəbiristanlığındakı ölüləri köçürmək məqsədilə tikilmişdir. 6 milyona yaxın insan qalıqlarının Paris katakombalarında yerləşdirildiyi güman olunur. Yerli əhali və turistlərin marağını cəlb edən bu yeraltı tikilinin kiçik bir hissəsi xalqa açıqdır, lakin digər tərəfi isə bütün dünya üçün bir sirr olaraq qalmaqdadır.

“Padmanabhaswamy” məbədi- Hindistan

“The Padmanabhaswamy ” məbədi, əslində  qızıl taxtlar, taclar, sikkələr, heykəllər və bəzək əşyaları, brilyant və digər qiymətli daşlar da daxil olmaqla qiymətli əşyalar məkanıdır. Burada bəzi  yeraltı tonozlar da aşkar edilmişdir. Həmin tonozlarda yerləşən   altı kassasından beşi 27 iyun 2011-ci ildə aşkar olunmuşdu.  Bu xəzinənin kəşfi, dünyanın qeydə alınmış tarixindəki ən böyük qızıl və qiymətli daş əşyalar kolleksiyasından biri olduğu üçün geniş milli və beynəlxalq medianın diqqətini çəkdi.  Məbədin hələ də  açılmamış bir sirri var. Ancaq bu sirr sirli qapıların arxasında kilidlənib.

Qeyd edək ki, burada  2015-ci ildə bir trilyon dollarlıq bir xəzinə tapıldı. Bir çoxlarının düşüncələrinə görə, bu  müəmmalı qapıdan başqa burada saysız-hesabsız sərvətlər gizlədilib. Deyilənlərə görə, gizli  məbəddə tapılan hər bir  xəzinənin  qorxu ilə dolu öz tarixçəsi var. Maraqlısı budur ki, məbəddə tapılan  xəzinəni hələ də iki kobra qoruyur.

Eyni zamanda, burada baş verən digər qeyri-adi hadisə odur ki,  məbədin tonozlarından çox sayda qızıl müəmmalı şəkildə itdi. Arxeoloqların dediyinə görə, o zamanlar məbəddən  769-a qədər qızıl və gümüş külçə yoxa çıxmışdı.Qeyd edək ki, məbədin ən böyük sirri olan  B tonozonun bağlı qapısı artıq dillərdə bir dastana çevrilib.

Daha çox xəbərlər