Ermənistan İkinci Qarabağ müharibəsi zamanı silahlanmada Azərbaycandan geri qalıb – Armen Sarkisyan
Ermənistan İkinci Qarabağ müharibəsində silahlanma məsələsində Azərbaycandan geri qalıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın prezidenti Armen Sarkisyan Rusiyanın RBK telekanalına müsahibəsində deyib.
O vurğulayıb ki, Ermənistan bu müharibəyə hazır olmalı idi: “Ermənistan müharibədə hazırlıq və hərbi-texnoloji baxımdan Azərbaycandan geri qalıb. Bizim pilotsuz uçuş aparatlarımız olmalı idi, öz aparatlarımızı yaratmalı idik. Ermənistan bu cür müharibəyə, 21-ci əsrin müharibəsinə hazır olmalı idi”.

