Bərdədə koronavirus xəstələri saxlanılıb
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə aktiv koronavirus xəstələrini aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan ARANTV.AZ-a bildiriblər ki, F.Abbasovanın və H.Neciyevin koronavirus testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin olunsa da, həmin şəxslərin karantin rejiminin qaydalarını pozaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyənləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə onların hər ikisi rayon ərazisində saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

