Dünya 

Gürcüstanda daha 4 009 nəfərdə COVID-19 aşkarlanıb, 45 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 4 009 yeni yoluxma halı təsdiqlənib, 5 177 nəfər müalicə olunaraq sağalıb, 45 pasiyent vəfat edib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 707 290 nəfər yoluxub. Onların 647 878-i sağalıb, 9 918-i isə dünyasını dəyişib.

Daha çox xəbərlər