Sosial 

BDU-da distant təhsilə keçən qrupların sayı 8-ə çatdı

Bakı Dövlət Universitetində 8 qrup distant təhsilə keçirilib.

ARANTV.AZ xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, universitetdə 7 qrup distant təhsilə keçirilmişdi. Dünəndən isə daha bir qrup distant təhsilə cəlb edilib. Həmin qruplarda məsafədən tədris iki həftə davam edəcək.

Daha çox xəbərlər