Bərdədə binada güclü yanğın, icra başçısı hadisə yerində – FOTO
Bərdə şəhərinin Heydər Əliyev prospektində 13 ailənin yaşadığı birmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin beş maşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib.
ARANTV.AZ xəbər verir ki, baş verən yanğın söndürülüb.
Hadisə yerinə rayon icra hakimiyyəti başçısı Vidadi İsayev və rayon polis şöbəsinin rəisi Muradəli Babayev də gəlib.







