Şuşa şəhərinin istilik sistemi qışa tam hazırdır- Aydın Kərimov
Şuşa şəhərinin istilik sistemi qışa tam hazırdır.
ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov “Twitter” hesabından etdiyi paylaşımında bildirib.
“Energetika naziri Pərviz Şahbazovla Şuşanın qış fəslinə hazırlığı çərçivəsində “Azəristiliktəchizat”ın istilik qazanxanalarına baxış keçirdik. Cənab Prezidentin müvafiq tapşırıqlarına uyğun olaraq, şəhərin əsas bina və obyektlərinin istiliklə təmin olunması həyata keçiriləcək”, – deyə A. Kərimov qeyd edib.

