Yük maşınına odun yığan fəhlə yıxılaraq öldü
İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə bu gün rayonun Quşencə kəndi ərazisindəki meşə sahəsində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Cəbiyev İmran Niyazi oğlu həmyerlisi Teymur Mütəllimova məxsus “QAZ 52” markalı yük avtomobilinə odun yığarkən 3 metr hündürlükdən yerə yıxılıb. Baş və boyun nahiyyəsindən ağır xəsarətlər alan İmran Cəbiyev hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

