Azərbaycan, Rusiya və Ermənistan liderləri Soçidə görüşəcək
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşəcəyi yerlə bağlı yeni versiya səslənib.
ARANTV.AZ xəbər verir ki, bu haqda Rusiyanın “Oktaqon” nəşri məlumat yayıb.
Prezident İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin noyabrın 9-da Soçidə görüşə bilər.
“Görüşdə Qarabağdakı mövcud situasiya müzakirə ediləcək”, – deyə sayt yazır.
Xatırladaq ki, bundan bir neçə gün öncə, Ermənistan mediası üçtərəfli görüşün noyabrın 9-da Moskvada keçiriləcəyini və görüşdə 2 sənədin imzalanacağını iddia edirdi.

