Dünya 

Azərbaycanlı tələbəni öldürənə 19 il HƏBS CƏZASI

Rusiyanın Volqaqrad vilayət məhkəməsi Azərbaycan vətəndaşı Timur Qabrilovu öldürməkdə təqsirli bilinən Vitali Vasilyevi 19 il müddətinə azadlıqdan məhrum edib.

ARANTV.AZ  lent.az-a istinadən xəbər verir ki,  2020-ci ilin iyununda Vasilyev Volqaqrad Tibb Universitetinin tələbəsi Qabrilovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmişdi.

Qətlin səbəbi Vasilyevin gəlmələrə nifrəti olub.

Daha çox xəbərlər