Gündəm 

Bərdə rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na həsr edilmiş sənədli film nümayiş edilmişdir+FOTALAR

Bərdə rayon Heydər Əliyev Mərkəzində qüdrətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qələbəsi münasibətilə yaradılmış “Hərbi Qənimətlər Parkı”na həsr edilmiş sənədli film nümayiş edilmişdir.
Filmin nümayişindən əvvəl Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan və “Hərbi Qənimətlər Parkı”nın yaradılmasından danışıb.
Daha sonra Bərdə şəhər Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbin müəllimi Ətrabə Əliyeva 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən danışıb. Sonra Bərdə şəhər Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbin şagirdləri filmə tamaşa edib.

Daha çox xəbərlər