Hadisə 

Qardaşı arvadını ölümlə hədələyən şəxs saxlanılıb

İsmayıllı rayonunda iki azyaşlı uşağı olan qardaşı arvadını döyərək ölümlə hədələyən şəxs saxlanılıb.

 

ARANTV.AZ xəbər verir ki,  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisəni törədən İ.Məmmədov saxlanılıb və izahatı alınıb.

 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma davam edir. Təyin olunan ekspertizanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

 

Qeyd edək ki, hadisə ilə bağlı ötən gün vəkil Rövşanə Rəhimli məlumat yaymışdı.

 

Mütəmadi olaraq qaynı tərəfindən döyüldüyü iddia olunan qadın rayon polis şöbəsinə müraciət etmişdi.

 

 

Daha çox xəbərlər