Vaşinqton İranın pilotsuz təyyarələr (PUA) istehsal etməsinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bəyan edib.
O, ABŞ-ın PUA-larla bağlı materialların və texnologiyanın tədarükünə imkan verən satınalma şəbəkələri ilə bağlı sanksiyalar qəbul edəcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilmək – məhdudiyyətlərə məruz qalmış şəxslərin və təşkilatların aktivlərinin dondurulması, həmçinin ABŞ vətəndaşlarının və şirkətlərinin onlarla biznes fəaliyyətinin qadağan edilməsi deməkdir.
Mənbə: RİA Novosti
