Cəbhədən Xəbər 

2020-ci ilin 31 oktyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

 

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

 

ARANTV.AZ 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

 

Vətən müharibəsinin otuz beşinci günü

 

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam etmişdir. Digər məlumatda isə Tərtər şəhərinin, rayonun Şıxarx qəsəbəsinin, Əskipara kəndinin, eləcə də Ağcabədi rayonunun Qiyaməddinli kəndinin düşmən tərəfindən artilleriya atəşinə tutulması bildirilir.

 

 

Daha çox xəbərlər