Bərdədə yük maşını piyadanı vurdu
Bərdədə yük maşını piyadanı vurub. Hadisə Ağdam-Bərdə yolunun şəhərdən keçən hissəsində qeydə alınıb.
ARANTV.AZ xəbər verir ki, 1964-cü il təvəllüdlü Əliyev Natiq Xəlil oğlu yolu keçərkən qəza baş verib.
“Şaqman” markalı yük maşını tərəfindən vurulan yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qapalı kəllə-beyin travması alan şəxsin vəziyyətinin ağır olduğu deyilir.
Faktla bağlı araşdırma başlanıb.

