Cəbhədən Xəbər 

2020-ci ilin 1 noyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

 

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

 

ARANTV.AZ 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

 

Vətən müharibəsinin otuz altıncı günü

 

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Zəngilan rayonunun sərhəd ərazisində Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad” qurğusu məhv edilmişdir. Üstəlik düşmənin iki artilleriya batareyasının və çoxlu sayda canlı qüvvəsinin məhv edilmə kadrları nümayiş etdirilmişdir.

 

Digər məlumatda isə oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alındığı, istiqamətlənmiş və kombinəedilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobilin, şəxsi heyətin məhv edildiyi bildirilir.

 

 

Daha çox xəbərlər