Sosial 

“Millətim millət olmaz bu binamusluğu sənə keçsə” – Flora Kərimova 11 yaşlı qızı hamilə qoyan ATALIQDAN DANIŞDI

Bir neçə gündür mediada İmişli rayonunda 11 yaşlı qızın atalığı tərəfindən zorlanaraq hamilə qalması xəbəri müzakirə olunur.

ARANTV.AZ xəbər verir ki, u müzakirələrə hər kəs kimi məşhurlar da qoşulub. Xalq artisti Flora Kərimova sosial media hesabında 11 yaşlı qızdan, onu hamilə qoyan atalıqdan yazıb:”Bu nə faciədir millət yaşayır, axı?! Bəli, millətimin faciəsidir! Axı, nə qədər qadın bıçaqlanacaq, nə qədər uşaq zorlanacaq?! Savadsız, valideyn tərbiyyəsi görməyən, adını “kişi” qoyub insanlığı belə olmayan biqeyrət kütləni kim maarifləndirəcək? İldən-ilə xərçəng xəstəliyi kimi yayılır. Biri səkkiz aylıq hamilə qadınını uşağını yatızdırdığı yerdə bıçaqlayır. Buna insan demək olar? Buna vətəndaş demək olar? Bunun kimilərini iki ömürlük həbsə məhkum etmək azdır! Cəsədi bu torpağa haramdır! İndi də bu körpə….! Ay binamus, bəs olmadımı ki, evində bir kəbinli qadının, digəri isə dini kəbinli arvadın. Nə qədər azğınlaşıb, harınlamısan ki, uşağa tamah salırsan?! Bədbəxt, sənin görəcəyin günlər hələ qabaqdadır! Millətim millət olmaz bu binamusluğu sənə keçsə! Sənin müdafiəni vicdanı olan vəkil götürməz!!!
Uşaq ömürlük mənəvi və fiziki şikəstdir! Hələ ki fərqində deyil, hələ anlamır nə baş verdiyini. Bəs ana?! Sən nə vaxtsa ana olmusan. Sən qız anası olmusan! İllərlə bu adı daşımaq üçün göz yaşı tökənlər var! Sən bilmədin qızın necə hamilə oldu?! Sən bilmədin qadın kimi ümumən hamiləlik necə olur?! Sən ana-bala fərqində olmayan azğın it kimi yaşadın. Halbuki, ana it belə balasını bir vaxta kimi ağzında daşıyır. Söz tapmıram…! Bu, faciənin görsənən tərəfidir! Görsənməyən tərəfi odur ki, nakişinin ailəsi, kəbinli arvadı ərinə haqq verir! Başıqapazlı yaşamaq təbiətləridir, demək ki. Rayonda, adam arasına necə çıxacaqsan? Sənin xidmət etdiyin “mənsəb” din deyil, əskiklikdir! Ümumiyyətlə, uşağa tamah salan rəzil ərini evinə qaytarmaqdan ötrü -“evimi satıb ərimi xilas edəcəm! Onsuzda hər şeyi pulla almaq olur” deyən “qadın-ana” yetişdirdiyi övlad nə olacaq?! Nə vətəndaş olacaq sənin südünü əmən?! Artıq sənə cəhənnəm olan bu dünyada axirətindəki Cəhənnəmini qazanmısan! Bu hələ bizlərin bildiyidir! İctimailəşən faciələrdədəndir. Nə qədər faciələr fitvalara qurban edilib, halalıdır deyib ört-basdır edilib.
Allah bağışlayandır deyib bu zülmü, bu iztirabı yaşadanı, o qız övladı bağışlayacaqmı?!”

Daha çox xəbərlər