Ermənistanda daha 51 nəfər COVID-19-dan ölüb
Ermənistanda ötən sutka ərzində daha 1 071 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 51 nəfər ölüb.
ARANTV.AZ-ın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, COVID-19-a yoluxanların sayı 309 397 nəfərə çatıb.
Ermənistanda koronavirusdan ölənlərin sayı isə 6379 nəfərə yüksəlib.

