Sosial 

Azərbaycanlı həkim Almaniya aeroportunda yoxa çıxdı – FOTO

Almaniyada yaşayan azərbaycanlı həkim Toğrul Cəfərli itkin düşüb.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, T.Cəfərli oktyabrın 27-də Macarıstandan Almaniyanın Frankfurt şəhərinə eniş edib və həmin andan etibarən onunla əlaqə kəsilib:

“Lohr am Main şəhərində həkim-psixiatr olaraq çalışan Toğrul Cəfərli son zamanlar ağır rejimdə işlədiyi üçün yuxusuz qalırdı və psixoloji olaraq gerginlik keçirirdi. Ola bilər ki, kiminsə yanında qalır”, – deyə yaxınları bildirib.

 

Daha çox xəbərlər