Cəbhədən Xəbər 

2020-ci ilin 2 noyabrı.…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

ARANTV.AZ 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Vətən müharibəsinin otuz yeddinci günü

Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərinin işğaldan tam azad edildiyini açıqlamışdır.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin müxtəlif istiqamətlərində Ermənistana ordusuna məxsus 4 ədəd BM-21 “Qrad” qurğusu və Tərtərin Çardaqlı kəndi istiqamətində isə 1 ədəd “KUB” zenit-raket kompleksi məhv edilmişdir. Həmin gün “qondarma dağlıq qarabağ respublikası”nın “müdafiə naziri”nin və “ordunun komandanlığı”nın müavini Artur Sarkisyanın ölüməsi ilə bağlı məlumat yayılmışdır.

Daha çox xəbərlər