Dünya 

Rusiyadan “S-500”ü ala biləcək ilk ölkələrin adları açıqlandı

“Hindistan, Çin və Rusiyanın bir sıra tərəfdaş dövlətləri Rusiyadan yeni nəsil “S-500″ zenit-raket kompleksini alan ilk ölkələr ola bilərlər”.

ARANTV.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev deyib.

Onun sözlərinə görə, Hindistan Rusiyanın uzunmüddətli strateji tərəfdaşıdır: “Biz “S-400″lərlə bağlı müqavilə imzalamışıq və onlar ilin sonuna qədər bu sistemin birinci hissəsini alacaqlar. Ona görə də Hindistanın yaxın gələcəkdə bizdən “S-500″ istəməkdə maraqlı olması tamamilə məntiqlidir”.

Şuqayev qeyd edib ki, “S-500” raket kompleksləri Rusiyanın Silahlı Qüvvələrinə tələb olunan həcmdə təhvil verildikdən sonra onun xarici ölkələrə ixracı mümkün olacaq.

Daha çox xəbərlər