Siyasət 

Minsk və Bakı hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər

Minskdə Belarusun müdafiə naziri Viktor Xrenin Azərbaycanın səfiri Ülvi Baxşəliyevlə görüşüb.

Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Belarus sənayesinin müasir silah növlərinin istehsal imkanları nəzərə alınaraq, bu potensialın  əməkdaşlıq planlarında istifadə edilməsi diqqət mərkəzində olub.

Xatırladaq ki, Azərbaycan Belarus silahlarının ən böyük idaxlçılarından biridir.

Mənbə: İaned.ru

Daha çox xəbərlər