Gündəm 

Sumqayıt şəhərində,, ZƏFƏR Bayramı”- na həsr olunmuş kitab sərgisi keçirildi-FOTOLAR

ARANTV.AZ xəbər verir ki, 30-31 oktyabr tarixlərində ‘’ Azərbaycan  Nəşriyyatları’’  İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında və ‘Kimyaçılar’ Sarayında ‘I Sumqayıt Kitab Sərgisi’  baş tutdu.Zəfər Bayramına həsr edilən sərgidə ölkənin 20 –dən artıq nəşriyyatı  və 10-na yaxın kitab evi iştirak etmişdir.Sərgidə  bütün nəşriyyatlar tərəfindən kitablara  50 faizədək endirim tətbiq olunmuşdu.Eyni zamanda  sərgi müddətində məhşur şair və yazıçılarımız da iştirak edirdi.Sərgidə olduğum müddət ərzində bizim dahi yazçımız Çingiz Abdullayevin xoş söhbətləri ilə  və maarifləndiriciməlumatları ilə yaxından tanış olma fürsəti əldə etdim.Bundan əlavə Sərgidə Orxan Şahbazov,Mövsüm Əmiraslanov, Elxan Elatlı , Xəzər Süleymanlı və başqa görkəmli yazıçı və şairlərimiz iştirak edirdi.Çox ciddi displin və səliqə ilə hazırlanmış olan sərgiyə maraq geniş idi.Sərgiyə gələn ziyarətçi kütləsi böyük idi, və sevindirici hal bunda idi  ki, kütlə içərisində gənclərimiz və az yaşlılarımız üstünlük təşkil edirdi.Kiçikyaşlarından elmə , kitaba olan münasibət və bu cür həvəs çox sevindirici idi mənim üçün.

Binanın əsas mərtəbəsində rəsm əssərlərisərgilənirdi.İkinci  mərtəbəsində təşkil olunmuş ‘Yaradıcı Görüşlər’ stendində ziyarətçilərin  qonaqlarlaragörüşü baş tutdu.Bundan başqa ikinci mərtəbədə Hədəf Liseyi İnteraktiv Elm muzeyinin stendi də təşkil olunmuşdu burada müxtəlif elmi təcrübələr  və eksponatlar nümayiş olunurdu.Həmçini sərgidə nümayiş olunan kitablar arasında yeni Zəfər Tariximizi əks etdirən kitabların olması da çox sevindirici və qürurlu idi.

Şəbnəm Səlimli

Bakı Turizm və Menecment Unversiteti

Daha çox xəbərlər