Gündəm 

Qarabağ müharibəsində Hacı Ramazan Hüseynovun özünəməxsus xidmətləri var

Bərdə Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ üzrə qazisi Hacı Ramazan Hüseynovdur.

Ramazan Hüseynov çıxışları zamanı dövlətimizin dinə göstərdiyi qayğıdan, xalqımıza xas olan tolerantlıq ənənələrindən, Azərbaycanın dünyaya nümunə olmasından bəhs edər.Unutmaq olmaz ki, ulu öndər Heydər Əliyevin vaxtilə dini abidələrə verdiyi dəyəri, hal-hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan ərazisində fəaliyyət göstərən məscidlərdə, ziyarətgahlarda, kilsələrdə, sinaqoq və məbədlərdə tarixi-elmi tədqiqat işləri aparılır, tarixi abidələrin hər biri diqqətlə öyrənilir, Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılır, ehtiyac olduqda müəyyən bərpa işləri də həyata keçirilir. Başlıca məqsəd, milli-dini dəyərlərimizin qorunub saxlanmasıdır və onların gələcək nəsillərə ötürülməsidir.

3000 ildən çox yaşı olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən biridir. Bu şəhərin ərazisində tarixi abidələr indiyə kimi qorunub saxlanmaqdadır. Hal-hazırda İmamzadə kompleksi turizm baxımından  böyük əhəmiyyət daşıyır və bu abidə yerli və xarici turistlər tərəfindən ən çox ziyarət olunan məkanlardan biri hesab olunur.

Dini dəyərlərimizin təbliğində, əhalinin maarifləndirilməsində din xadimi Hacı Ramazan Hüseynovun özünəməxsus xidmətləri var. Hacının dediyinə görəI Qarabağ müharibəsində  Ağdam, Goranboy və Tərtərdən ümumilikdə 4800 şəhid qəbul edib. Onların hər birinin qeydiyyatını da aparıb. O illərdə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən 130 şəhidin  şəkillərini indi də özündə saxlayır. Elə ki, şəhidlərin yaxınları onların axtarışına çıxır, o halda hər bir şəhidin yaxınına lazımi köməkliyi göstərir,diqqət və qayğısını əsirgəmir.

2-ci Qarabağ müharibəsinin davam etdiyi günlərdə Bərdə şəhəri bir növ döyüş meydanına çevrilmişdir. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərdən 486 nəfəri  Bərdə MRX-nın Patoloji Anatomiya rayonlararası zona mərkəzində yuyulub və dini qaydalara uyğunolaraq şəhid cənazələri hazırlanıb. Həmin şəhidlərdən 66 nəfəri Bərdə Məscidinin axundu Ramazan Hüseynovun iştirakı ilə Bərdədə torpağa tapşırılıb. Digər şəhidlər isə, başqa şəhər və rayonlara aparılıb.

Bərdədə dəfn olunan 66 hərbiçi şəhid, 28 mülki şəhidin  hüzr mərasimləriHacı Ramazan Hüseynovun iştirakı ilə həyata keçirilib. Sözsüz ki, bütün bunlar yuxusuz gecələrin, müəyyən streslərin, olmazın zəhmətin qarşılığında yerinə yetirilir. Bu gün də müqəddəs vəzifə davam etdirilir.Hacı  Ramazan Hüseynov Bərdə şəhəri ərazisindəki bütün şəhidlərin hüzr mərasimlərini aparıb onların ruhuna dualar oxuyur və xatirələrini bir daha yada salır.

Axund arxa cəbhənin yükün çiyinlərində daşımaqla , fədakarlıq vəböyük zəhmətlər hesabına xalqımız qarşısında nümunəviliyi ilə yadda qalıb.Bərdəlilər indi Hacı Ramazanın xidmətlərini yüksək qiymətləndirir. Bu gün də Bərdə Məscidinin axundu şəhidlərin ildönüm, adgünlərində iştirak edir və şəhidlərin müqəddəs ruhuna dualar oxuyur.

Hazırladı: Vüsal BAYRAMOV

Daha çox xəbərlər