Hadisə 

Ələt-Astara yolunda mikroavtobus yük maşınına çırpıldı, ölənlər var

Ələt qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının 59-cu kilometrliyində qeydə alınıb.

“FORD TRANZİT” markalı mikroavtobus “HOVO” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlər Neftçalanın Şorkənd kənd sakinləri, 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı və 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı hadisə yerində ölüblər. Bir nəfər yaralı isə Ələt qəsəbə xəstəxanasına yerləşdirlib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparırır.

Daha çox xəbərlər