Rusiya istehsalı təyyarə Cənubi Sudanda qəzaya uğradı: Ölənlər var – FOTO
Rusiya istehsalı olan An-26 yük təyyarəsi Cənubi Sudanın Cuba beynəlxalq hava limanında havaya qalxarkən qəzaya uğrayıb.
“Al Hadath” telekanalının məlumatına görə, hadisə zamanı üçü sudanlı ekipaj üzvü olmaqla beş nəfər ölüb.
Məlumata görə, yerli yükdaşıma aviaşirkəti “Optimum Aviation”a məxsus təyyarə Cubadan Mabana uçmalı idi. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarənin qəzaya uğrama şəraiti ilə bağlı araşdırmalara başlanılıb.
“RİA Novosti”nin məlumatına görə, ölən beş nəfərdən ikisi rusiyalıdır.

