Bakıda 14 yaşlı qız qaçırıldı
Bakıda yeniyetmə qız qaçırılıb.
Hadisə noyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə Sovxoz ərazisində qeydə baş verib.Məlumata əsasən, 14 yaşlı A.L.ni (şərti ad) naməlum şəxs və ya şəxslər qaçırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, yeniyetmənin qaçırılması ilə bağlı məlumat daxil olub və onun axtarışına başlanılıb.

